ABŞ Şimali Koreyanın strateji obyektlərini “bombaladı” - NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLIQ

ABŞ Şimali Koreyanın strateji obyektlərini “bombaladı” - NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLIQ
11:33 2 May 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya Amerika bombardmançılarının Cənubi Koreyada təlimlər çərçivəsində həyata keçirdiyi uçuşları şərh edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Pxenyan Amerika bombardmançılarının uçuşlarını nüvə müharibəsinə təkan adlandırıb.

“Bu, mühakiməsiz hərbi təxribatdır və Koreya yarımadasında vəziyyəti nüvə müharibəsinə itələyir”, - rəsmi bəyanatında deyilir.

Pxenyanda qeyd edirlər ki, ABŞ bombardmançıları Koreya Xalq Demokratik Respublikasının ən əhəmiyyətli obyektlərinə bombaların atılması üzrə təlimlər keçirib.

Amerika bombardmançılarının uçuşları haqqında daha əvvəl Seul bəyanat verib. Cənubi Koreya hökumətindən bildiriblər ki, uçuşlar Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketlərin işə salınmasına cavabın bir hissəsidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR