"Bursaspor" rəhbərliyi Prosineçki ilə bu həftə görüşəcək

"Bursaspor" rəhbərliyi Prosineçki ilə bu həftə görüşəcək
11:37 2 May 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının XXIX turunda "Qalatasaray"a böyük hesabla (0:5) məğlub olan "Bursaspor"da növbəti dəfə baş məşqçi istefası reallaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçi Mutlu Topçu vəzifəsindən ayrıldığını bildirib.

Mövsümə Hamza Hamzaoğlunun rəhbərliyi altında başlayan "ağ-yaşıllar" bununla cari mövsümdə ikinci dəfə baş məşqçi ilə vidalaşıblar. Komandanı son 5 turda aşağı yaş qrupu üzrə cavabdeh Adnan Örnək çalışdıracaq.
 
Türkiyənin ajansspor.com saytı "timsah"ın Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkidən hələ də vaz keçmədiyini yazıb. Belə ki, klubun prezidenti Ali Ayın gələn mövsüm üçün planları yalnız Prosineçki ilə bağlıdı. Əgər prezident növbədənkənar iclas tələb edib, istefa verməsə, xorvatiyalı mütəxəssisi komandanın "sükanı arxası"na gətirməyə çalışacaq. İndidən hərəkətə gələn rəhbərlik hətta bu həftə Prosineçki ilə növbəti dəfə görüşəcək. Tərəflər ortaq məxrəcə gələ bilsələr, yığmamızın baş məşqçisi gələn mövsümdən "Bursaspor"da işləyəcək.
 
Qeyd edək ki, "Bursaspor" yanvar ayında da Robert Prosineçkinin xidmətində maraqlı olmuşdu. Həmin vaxt Superliqa klubunun rəsmiləri Bakıya gələrək, xorvatiyalı çalışdırıcı ilə görüşsələr də, AFFA müqaviləsi davam edən mütəxəssisi Türkiyəyə buraxmamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR