Azərbaycanda 16 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 16 dövlət əmlakı özəlləşdirilib
11:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Kiçik dövlət müəssisələrindən 2-si Bakıda (Sabunçu və Xəzər rayonlarında), 3-ü regionlarda (Gəncə, Cəlilabad və Mingəçevirdə), qeyri-yaşayış sahələrindən isə 3-ü paytaxtda (Suraxanı, Yasamal və Nizami rayonlarında), 8-i regionlarda (3-ü Quba, Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda) yerləşir.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən 18 saylı yanacaq doldurma məntəqəsi olub. Beləki, adıçəkilən əmlak 510 750 manata özəlləşdirilib. Həmin yanacaq doldurma məntəqəsinin torpaq sahəsi 1800 kv.m, ümumi faydalı sahəsi isə 16,6 kv.m təşkil edir.
Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manat, ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir.
İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlaka 60 min manat qiymət qoyulub. Onun ümumi faydalı sahəsi isə 24 kv.m təşkil edir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 9 kv.m ilə 110 kv.m, qiymətləri isə 1500 manatla 60 min manat arasında dəyişib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r       




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-16-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR