ABŞ-ın Koreya yarımadasına hərbi gəmilər göndərməsi və
Şimali Koreya ilə qarşıdurmanın güclənməsi III Dünya müharibəsi
təhlükəsini gücləndirib.
Publika.az xəbər verir ki, yeni dünya müharibəsi təhlükəsi
bir çox ölkənin hərəkətə keçməsinə səbəb olub.
İngiltərədə insanlar özlərinə sığınacaqlar tapır və uzun müddət
xarab olmayan qidalar toplayırlar. Məlumatlara görə, insanların
təhlükəsiz ərazilərə evakuasiya olunması ilə bağlı məşqlər də
edilir.
Yaponiya da müharibə hazırlıqlarına başlayıb. Bu ölkədə son bir
ayda atom bombasından qorunmaq üçün sığınacaqların qurulmasında
istifadə olunan vasitələr və hava təmizləyici cihazları pik həddə
satılır.
Rusiya III Dünya müharibəsinə rəsmi şəkildə hazırlaşır. Rusiya
hökuməti 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi
üçün inşa olunan Zenit stadionun altında nüvə təhlükəsindən
qorunmaq üçün sığınacaqlar inşa etmək niyyətidədir. Rusiyanın
Fövqəladə Hallar Nazirliyi bu sığınacaqların inşası üçün stadionu
tikən şirkətə məktub da göndərib.
NTV telekanlı isə bir müddət öncə ölkədəki sığınacaqların yerlərini
açıqlayaraq, tamaşaçılara “evinizə ən yaxın yerləşən sığınacağı
təcili tapın” çağırışı edib.
Qeyd edək ki, dünyada survivalizm (sağ qalmaq istəyənlər) hərəkatı
mövcuddur. Bu düşüncəyə sahib olan survivalistlər dünyanın hər an
dağıla biləcəyinə, müharibələrin, xaosun olacağına qarşı öncədən
hazırlıqlar həyata keçirirlər.