Bəy toy günü saxtakarlıq etdiyinə görə saxlanılıb.
Milli.Az BBC Türkçe-yə istinadla bildirir ki, o, toyuna ailəsi və qohumlarının əvəzinə 200 nəfər tanımadığı adamı çağırıb. Oğlan həmin adamlara bunun müqabilində 80 yuan, təxminən 15 manat verib.
Hadisə Çinin şimalında baş verib.
Qızın ailəsi toyda iştirak edən qonaqlardan şübhələnib. Onlar bir-bir qonaqları sorğulayıblar. Qonaqların "Bəyin dostuyuq" deməyindən şübhələnən qızın ailəsi oğlanın onlara kələk gəldiyini anlayıb.
Məsələ ilə bağlı polisə müraciət edilib, bəy saxlanılıb, araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində