Ser Filipp Qrin və xanımı ledi Qrin Britaniyanın ən varlı cütlüklərindən biridir. Onlar ötən il 433 milyon funt-sterlinq itirsələr də, varidatları 2,787 milyard funtdur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qrinlər Britaniyanın ən varlı ailələrinin reytinqində, yəni "Sunday Times Rich List"də 5-ci yeri tuturlar.
Reytinqin lideri isə Ernesto və Kirsti Bertarellirlərdir. Onların 11,5 milyard funt-sterlinq həcmində varidatları var.
Britaniyanın ən varlı ailələrinin reytinqini təqdim edirik:
1. Ernesto və Kirsti Bertarelli - 11, 5 milyard funt-sterlinq
2. Şarlen de Karvalyu-Heyneken və Mişel Karvalyu - 9.3 milyard
3. Alehandro Santo Dominqo və Ledi Şarlott Uellesli - 3,862 milyard
4. Fransua-Anri Pino və Salma Hayek - 3.437 milyard
5. Ser Filipp və Ledi Qrin - 2.787 milyard
6. Ser Maykl Morits və Harriet Heymen - 2.629 milyard
7. Kris və Sara Douson - 1.9 milyard
8. Duqlas və Dem Meri Perkins - 1.6 milyard
9. Poyu və Anita Zabludoviç - 1.5 milyard
10. Corc və Emili fon Opel - 1.416 milyard
Milli.Az