Bakıda yaralı yolun ortasında qaldı: təcili tibbi yardım yaxın durmadı - VİDEO

Bakıda yaralı yolun ortasında qaldı: təcili tibbi yardım yaxın durmadı - VİDEO
11:58 2 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qəza zamanı vətəndaş yaralanıb.

Baku.ws-in məlumatına görə, hadisə yerinə gələn təcili yardım maşını yaralı vətəndaşı xəstəxayanaya aparmaqdan imtina edib.

Maraqlısı ondadır ki, buna görə heç bir əsas göstərilməyib. Ətrafdakıların təzyiqindən sonra təcili yardım əməkdaşları yaralı şəxsi xərəyə qoyaraq maşına mindirib.

Bəzi vətəndaşlar isə YPX əməkdaşına təzyiq göstərərək yaralı şəxsə yardım etməyini tələb edib. Ancaq YPX əməkdaşı yaralını xəstəxanaya çatdırmaq səlahiyyətində olmadığını bildirib. YPX əməkdaşı yolu tənzimləməli, hadisə yerindəki vəziyyətə nəzarət etməlidir.

Təcili Yardım Stansiyasından bizə bildirilir ki, təcili tibbi yardım maşını heç bir halda yaralı şəxsi xəstəxanaya aparmaqdan imtina edə bilməz. Yalnız vəziyyəti yüngül olduqda ilkin tibbi yardım göstərilir və evə buraxılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR