Nazirlik Gəncədəki qətllərlə bağlı məlumat yaydı

Nazirlik Gəncədəki qətllərlə bağlı məlumat yaydı
11:59 2 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Gəncə şəhərində törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cari il aprelin 29-da Gəncə şəhərində yaşayan Sədrəddin Qurbanov evində infarktdan ölüb. Araşdırmalar zamanı S.Qurbanovun həmin gün şəhər ərazisində Yevlax rayon sakini Səbuhi Camalov tərəfindən münaqişə zəminində yumruqla döyülməsi nəticəsində sol döş qabırğalarının sınmasından aldığı xəsarətlərdən evində ölməsi müəyyən edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Camalov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

 

Bundan başqa mayın 1-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində qəsəbə sakini Elşən Mürsəlov münaqişə zəminində həmyerlisi Sakit Alıyevə bıçaqla xəsarət yetirib və könüllü olaraq Kəpəz RPİ-yə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilən A.Salıyev orada ölüb. Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR