"AŞPA-da Türkiyəyə qarşı yanlış qərar qəbul edilib"

“Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyəyə qarşı yanlış qərar qəbul edilib, Türkiyə post-monitorinq mərhələdən yenidən monitorinq altına alınıb”.

Metbuat.az.-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O.Əsədov bildirib ki, Türkiyə AŞPA-nın yaranmasında iştirak edən dövlətlərdən biridir:

“Türkiyə 13 il bundan əvvəl post-monitorinq dövrünə keçmişdi. Ancaq AŞPA-nın tarixindən ilk dəfə olaraq post-monitorinqdən monitorinqə keçirdilər. Bizim nümayəndə heyəti buna qarşı çıxış etdi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR