Oqtay Əsədov: AŞ PA-da Türkiyəyə qarşı yanlış qərar qəbul edilib

Oqtay Əsədov: AŞ PA-da Türkiyəyə qarşı yanlış qərar qəbul edilib
12:15 2 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Türkiyəyə qarşı yanlış qərar qəbul edilib. Türkiyə post-monitorinq mərhələsindən sonra yenidən monitorinq altına alınıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O.Əsədov bildirib ki, Türkiyə AŞ PA-nın yaranmasında iştirak edən dövlətlərdən biridir:

“Türkiyə 13 il bundan əvvəl post-monitorinq dövrünə keçmişdi. Ancaq AŞ PA-nın tarixində ilk dəfə olaraq bir ölkəni post-monitorinqdən sonra monitorinq altına keçirdilər. Bizim nümayəndə heyəti buna qarşı çıxış etdi”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR