Bakıda tələbə qızlar saçyolduya çıxdı

Bakıda ali məktəbdə tələbə qızlar arasında dava olub.

Metbuat.az bildirir ki, bu barədə saytlarda məlumat yayılıb. Qeyd olunur ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında qeydə alınıb. 19 yaşlı tələbə Babayeva Səma Tahir qızı tələbə yoldaşı ilə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava olub və S.Babayeva döyülərək üz nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Baş verən hadisə ilə əlaqədar İqtisad Universitetinin mətbuat xidməti ilə əlaqə saxladıq. Vüsalə Məmmədova Metbuat.az-a açqılamasında bildirdi ki, hadisə universitet daxilində baş verməyib. Bununla bağlı dəqiq informasiya olmadığı üçün məsələ araşdırılır. Yaxın saatlarda mediaya məlumat veriləcək.

Xəyalə Məmmədova /METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR