İkinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlanılıb

İkinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlanılıb
12:35 2 May 2017
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti ikinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlayıb. Şirkət əməkdaşına bir sıra sınaqların keçirilməsi üçün “Walleye” kod adı ilə qurğu təqdim edilib. Bundan əvvəl əldə olunan məlumata görə, bu, “Pixel XL 2” smartfonudur.

“ICTnews” Elektron Xəbər Xidməti “Iguides” resursuna istinadən yazır ki, “Google” hazırda üç yeni smartfon, o cümlədən böyük ekrana malik qurğu hazırlamaqla məşğuldur. Yeni qurğuların birinci nəsil “Pixel” smartfonlarını əvəzləyərək “Google Pixel 2” (Muskie), “Google Pixel XL 2” (Walleye) və “Google Pixel XXL” (Taimen) adlanacağı gözlənilir.

Hazırda ikinci nəsil “Pixel” smartfonlarının texniki xüsusiyyətləri barədə məlumat cüzidir. Qurğular səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessor, 4 və ya 6 giqabaytlıq operativ yaddaş, “Adreno 540” qrafik sürətləndiricisi ilə təchiz edilməklə “IP67” və ya “IP68” standartı üzrə sukeçirməz olacaqlar.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47541-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR