Gəncə sakinini döyərək öldürənlər tutuldular

Gəncə sakinini döyərək öldürənlər tutuldular
12:37 2 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə qətl törətmiş iki nəfər tutulub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, bu il il aprelin 29-da Gəncə şəhərində yaşayan Sədrəddin Qurbanov evində infarktdan ölməsi barədə məlumat yayılıb.
 
Araşdırmalar zamanı S. Qurbanovun həmin gün şəhər ərazisində Yevlax rayon sakini Səbuhi Camalov tərəfindən münaqişə zəminində yumruqla döyülməsi nəticəsində sol döş qabırğalarının sınmasından aldığı xəsarətlərdən evində ölməsi müəyyənləşib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Camalov tutulub. 
 
Mayın 1-də isə Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində qəsəbə sakini Elşən Mürsəlov münaqişə zəminində həmyerlisi Sakit Alıyevə bıçaqla xəsarət yetirib və könüllü olaraq Kəpəz RPİ-yə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilən A. Alıyev orada ölüb.
 
Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR