Sağlamlığa faydalı və ləzzətli "Popkorn"

Partladılmış qarğıdalını həm daha ləzzətli, həm da sağlamlığınıza faydalı şəkildə hazırlamağa nə deyirsiniz?

Metbuat.az bunun üsullarını təqdim edir:

Qarğıdalı bişirərkən günəbaxan yağı əvəzinə, hindistan qozu yağından istifadə edin.

Qarğıdalını partladın. Ayrıca bir qabda şokolad əridin. Soyumuş qarğıdalıları həmin şokolada batırın. Ləzzətli bir təam ortaya çıxacaq. Üstəlik sadəcə 140 kalori...

Partlamış qarğıdalılara ləzzət verən ən önəmli faktor duzdur. Dəniz və ya qaya duzu istifadə edərək qarğıdalını daha sağlam şəklə gətirə bilərsiniz.

Qarğıdalıları partlatmazdan əvvəl içərisinə keşniş, qırmızı istiot, toz maya əlavə edin. Maya B vitamini ilə zəngindir. Beləcə, çipsi dadında sağlamlığınıza faydalı qarğıdalı yeyəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR