Zeynəb Xanlarovadan AŞPA-ya etiraz: "Türkün qolu bükülməz"

Zeynəb Xanlarovadan AŞPA-ya etiraz: "Türkün qolu bükülməz"
13:04 2 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

“Mən ömrüm boyu, həmişə "Türkəm" demişəm. Həmişə bütün dünyada konsertlərimdə demişəm ki, türkün qolu bükülməz. Avropa Şurasının Türkiyəyə qarşı qərəzi tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirib”.
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib.
 
“Ona görə də mən çox xahiş edirəm ki, bizim Milli Məclisin adından etiraz bəyanatı yayaq. Çünki bu gün Türkiyəyə qarşı olan bu addım, sabah da bizə qarşı olacaq. Bütün Azərbaycan xalqı buna görə ayağa qalxmalıdır. Çünki bizim həmişə ağrımız olanda, birinci Türkiyə həyanımız olub. Biz də Türkiyəyə həyan olmalıyıq. Ona görə də təklif edirəm ki, Milli Məclis adından AŞPA-ya etiraz müraciəti qəbul edək”.
 
Spiker Oqtay Əsədov isə deyib ki, bugünkü iclasda 14 deputat bu barədə etirazını bildirib və bu özü parlamentin mövqeyini əks etdirir.
 
Spiker bu istiqamətdə işin davam etdiriləcəyini də bildirb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR