Məsut Özil "Arsenal"la razılaşmır

Məsut Özil "Arsenal"la razılaşmır
13:32 2 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" rəhbərliyi komandanın liderlərindən olan Məsut Özili yeni müqaviləyə heç cür razı sala bilmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi "topçular"ın növbəti dəfə təklifini rədd edib.

Belə ki, London klubu 28 yaşlı pleymeykerə həftəyə 300 min avro maaş olmaqla yeni saziş təklif edib. Ancaq buna yaxın durmayan Almaniya millisinin üzvünün tələbi 350 min avrodu.
 
"Arsenal"ın əfsanələrindən olan Sol Kempbell hər iki tərəfi fədakarlığa dəvət edib: "Danışıqlar davam edir, yeganə problem isə puldu. "Arsenal" məbləği bir az artırmalı, Özil də müəyyən qədər fədakarlıq etməlidi".
 
Qeyd edək ki, 2013-cü ildə "Real"dan 47 milyon avroya transfer edilən Məsut Özil bu mövsüm meydana çıxdığı 38 oyunda 11 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR