"Ərdoğanın Azərbaycana səfəri düşünülür" - SƏFİR

"Ərdoğanın Azərbaycana səfəri düşünülür" - SƏFİR
13:34 2 May 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq.
 
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, Türkiyə nümayəndə heyətinin 500-ə yaxın şəxsdən ibarət olacağını söyləyib: "Türkiyə bütün idman növlərində təmsil olunacaq. Ayın 5-də futbol komandamız Azərbaycana gələcək. Gənclər və idman nazirimizin gələn həftə Bakıya səfəri nəzərdə tutulub. Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR