Sami Yusuf: “Bakı Şopinq Festivalı Azərbaycanı tanıtmaq üçün gözəl imkandır”

Sami Yusuf: “Bakı Şopinq Festivalı Azərbaycanı tanıtmaq üçün gözəl imkandır”
13:37 2 May 2017
71 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Məşhur müğənni və bəstəkar Sami Yusuf Bakı Şopinq Festivalını Azərbaycan iqtisadiyyatı üçün vacib hadisə adlandırıb.
“Report” xəbər verir ki, o, festivalın rəsmi saytı bakushopfest.com-a müsahibəsində bildirib ki, Bakı Şoppinq Festivalı gələcək illərdə nəinki Azərbaycan, bütün regionda böyük əhəmiyyət kəsb edəcək.
“Bu festival Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhfəsini verməklə bərabər, bu gözəl ölkəyə turistlərin gəlişi üçün böyük stimul yaradacaq. Mən əminəm ki, turistlər Azərbaycanı sevəcəklər. Bu təşəbbüs kommersiya aspektindən əlavə, həm də Azərbaycanın özünəməxsus mədəniyyətini və tarixini nümayiş etdirmək üçün gözəl imkandır”, - müğənni əlavə edib.
Sami Yusuf əmindir ki, xarici qonaqlar Azərbaycana səfərlərindən həzz alacaqlar və növbəti illərədə yenidən bu ölkəyə səfər edəcəklər.
Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və ”Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/baki-sopinq-festivali-azerbaycani-tanitmaq-ucun-gozel-imkandir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR