Toya hazırlaşan nişanlıları ölüm ayırdı - Gəlinlik yolda qaldı - FOTO

Toya hazırlaşan nişanlıları ölüm ayırdı - Gəlinlik yolda qaldı - FOTO
13:52 2 May 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ağır yol qəzası baş verib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, toy hazırlıqları üçün İzmirə gedən nişanlı cütlük qəzaya düşüb.

Qəza bu gün səhər saat 7 radələrində Konya-Ereğli magistral yolunun 23-cü kilometrində baş verib. Bəyin sürdüyü avtomobil bilinməyən səbəbdən idarəetməni itərək səkiyə çırpılıb.

Qəza nəticəsində sükan arxasında olan bəy İzzettin Öztürk ölüb, Sevim Ergüner isə ağır yaralanıb.

Qəza yerində isə ən çox diqqət çəkən qadının avtomobildən yerə düşən gəlinliyi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR