"Gördüm ağacdan asılıb, götürdüm" - Tapdığı silahı satarkən saxlanıldı - VİDEO - FOTO

"Gördüm ağacdan asılıb, götürdüm" - Tapdığı silahı satarkən saxlanıldı - VİDEO - FOTO
14:05 2 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda  Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinə əvvəllər məhkum olunmuş şəhər sakini Heydər Murtuzovun odlu silah satmaq niyyətində olması barədə əməliyyat məlumatı daxil olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Murtuzov Zabrat qəsəbəsi ərazisində bir ədəd "AK-74" markalı avtomat silah, 26 ədəd patron və 1 patron darağını 2000 manata satmaq istəyən zaman saxlanılıb.

O, ifadəsində silah-sursatı 26 il bundan əvvəl tapdığını və həmin vaxtdan özündə saxladığını etiraf edib.

Heydər Murtuzov - Saxlanılan şəxs: "1991-ci ildə Ağdama yük aparıb, qayıdanda meşənin qırağında saxladım. Gördüm avtomat ağacdan asılıb. Maşına qoyub, Bakıya gətirdim.Yağlayıb, büküb, zirzəmiyə qoydum".

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Gördüm ağacdan asılıb, götürdüm" - Tapdığı silahı satarkən saxlanıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/540864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR