Bakı Ekspo Mərkəzində qida sənayesi üzrə beynəlxalq sərgilər keçiriləcək

Bakı Ekspo Mərkəzində qida sənayesi üzrə beynəlxalq sərgilər keçiriləcək
14:08 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgiləri keçiriləcək.

Bu barədə Trend-ə ITECA-dan məlumat verilib.

Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub. Qida sənayesinin inkişafına təkan verən “WorldFood Azerbaijan” sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub.

Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR