Qusarda dövlət sərhədini pozaraq hüquq mühafizə orqanları əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirilib

Qusarda dövlət sərhədini pozaraq hüquq mühafizə orqanları əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirilib
14:22 2 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Qusar Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qusarda-dovlet-serhedini-pozaraq-huquq-muhafize-orqanlari-emekdaslarina-ates

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR