Parlament Azərbaycanın xaricdəki ticarət nümayəndələrinə diplomatik rütbə verilməsi ilə bağlı layihəni təsdiqləyib

Parlament Azərbaycanın xaricdəki ticarət nümayəndələrinə diplomatik rütbə verilməsi ilə bağlı layihəni təsdiqləyib
14:22 2 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmət haqqında" və "Pasportlar haqqında" qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, "Diplomatik xidmət haqqında" qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsində dəyişiklik edilməsi təklif olunur.
Bundan sonra Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə fövqəladə və səlahiyyətli ikinci dərəcəli elçi diplomatik rütbəsi veriləcək.
Qanuna əsasən, fövqəladə və səlahiyyətli səfir, birinci və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.
Bundan başqa, "Pasportlar haqqında" qanununa da dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə diplomatik pasportlar veriləcək. 
Dəyişikliklər "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrası məqsədi daşıyır. 
Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclis-diplomatik-xidmet-haqqinda-ve-pasportlar-haqqinda-qanunlara-deyisiklik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR