Nazir: "Dövlət Turizm Reyestrinin yaradılması bazarda məsuliyyəti artıracaq"

Nazir: "Dövlət Turizm Reyestrinin yaradılması bazarda məsuliyyəti artıracaq"
14:22 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Dövlət Turizm Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq". "Report"un verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm haqqında" yeni qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, reyestrin yaradılması dələduzluğun qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməıyə imkan verəcək.
O bildirib ki, viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya TV-lərində Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır.
"Azərbayacana son 3 ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% artıb. Strateji Yol Xəritəsinə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəniş potensialı böyük olan ölkələr müəyənləşdirilib. Bu da indi öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25% artıbsa, məhz 15 ölkədən Azərbayacana gələn turistlərin sayında isə artım daha çox olub, 30%-i keçib. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir", - deyə nazir əlavə edib.
Ə.Qarayev bildirib ki, elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməldiir: "Qanunda yeni turizm zonalarının yaradılması və idarə edilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur".

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/nazir-dovlet-turizm-reyestrinin-yaradilmasi-bazarda-mesuliyyeti-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR