UNEC magistrləri Neft Fondunda

UNEC magistrləri Neft Fondunda
14:29 2 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) olublar. Səfərin əsas məqsədi fondun iş prosesi ilə yaxından tanış olmaq olub.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, ARDNF-nin dəvətilə baş tutan görüşdə magistrlərə fondun investisiya layihələri, investisiya vəsaitlərinin strateji bölüşdürülməsi, investisiya portfelinə nəzarət, risklərin təhlili, hesablamalar və araşdırmalar kimi mövzularla bağlı məlumat verilib. Magistrlər eyni zamanda fondun tarixi, vəzifələri, hüquqi sənədləri, idarəetmə strukturu, “Samur-Abşeron suvarma sistemi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Cənub Qaz Dəhlizi”, “Bakı-Tbilisi-Qars”dəmiyolu layihələri iə tanış olub, fondun muzeyinə baxış keçiriblər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR