Lukaşenko “Yeni SSRİ”nin xilaskarı ola biləcəkmi? - TƏKLİF

Lukaşenko “Yeni SSRİ”nin xilaskarı ola biləcəkmi? - TƏKLİF
14:33 2 May 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Avrasiya İqtisadi İttifaqı (YEAES) xarici dövlətlərin bazarına çıxmaq üçün Minsklə əməkdaşlıqdan istifadə edə bilər.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə səfirlərin etimadnamələrinin qəbulu zamanı bildirib.

“Ölkəmiz Avrasiya İqtisadi İttifaqının xarici bazarlara çıxışını təmin etmək vəziyyətindədir. Bu, şübhəsiz ki, ittifaqın ticarət-iqtisadi və investisiya planında cazibədarlığını yüksəldə bilər”, - Lukaşenko deyib.

O əlavə edib ki, ölkələr arasında əməkdaşlığın inkişafı indiki qeyri-stabil vəziyyət və görünməmiş çağırışların kontekstində xüsusi əhəmiyyətə malikdir.

Xatırladaq ki, Lukaşenko ötən ay Avrasiya İqtisadi İttifaqı ölkələrinin liderlərinin Bişkek görüşündə qurumu tənqid edib. Onun sözlərinə görə, ittifaq ölkələrinin bazarın qorunması üçün atdıqları birtərəfli addımlar təşkilatda fikir ayrılıqlarını qar topu kimi artırır. Prezidenti məhz bunun ucbatından Avrasiya İqtisadi İttifaqının mövcudluğu ilə bağlı təşəbbüslərin reallaşdırılmadığını bildirib.

Lukaşenko təşkilatın keçən il də ticarət dövriyyəsinin azaldılmasının səbəblərini aradan qaldıra bilmədiyini söyləyib.

Qeyd edək ki, siyasi mütəxəssislər Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ-si” adlandırılan Avrasiya İqtisadi İttifaqının gələcəyi haqqında nikbin düşünmürlər.

Daha əvvəl ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, Vaşinqtonda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin müşahidə şurasının həmsədri Zbiqnev Bjezinski Rusiyanın Gazeta.ru saytına müsahibəsində ittifaqın ölüm tarixini açıqlayıb. Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi ideyasını şərh edən Bjezinski qurumun 10-20 il ərzində yaşayacağına şübhə etdiyini dilə gətirib. Bundan başqa, o bildirib ki, Avrasiya İqtisadi İttifaqı Avropanın qərb hissəsi ilə Rusiyanın münasibətlərinin normallaşması müddətində lazımsız olacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR