Elektron siqaretlərin tərkibində nikotin aşkarlandı

Son zamanlar elektron siqaretlərlə bağlı məsələ geniş müzakirə olunur.

Elektron siqaret siqareti tərgitmək istəyən şəxslər üçün bir vasitədir. Bu cür vasitələrdən istifadə günümüzdə daha çox artıb. Ancaq onların nə dərəcədə yararlı olması isə sual altındadır.

Tibb elmleri doktoru, professor Aqil Qeybulla Metbuat.az-a açıqlamasında bu suala aydınlıq gətirib: "Elektron siqaretin tərkibində nikotini olanı da var. Əksər adamlar ondan istifadə edirlər. Ancaq elə elektron siqaretlə əsl siqaretin istifadəsi eyni effekti verir. Buna görə də, bəzi şəxslər təkrarən əsl siqaretə qayıdır. Siqareti tərgitmək istəyən şəxs iradəsiylə buna nail ola bilər. Əsas olan ürəkdən inanmaqdır".

Qeyd edək ki, bu sahə ilə bağlı araşdırmalar gedir yaxın vaxtlarda müvafiq qərarlar veriləcək.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR