Azərbaycan boksçularının İslamiada üçün heyəti açıqlanıb

Azərbaycan boksçularının İslamiada üçün heyəti açıqlanıb
14:36 2 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, "Bakı-2015"in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.

Azərbaycan millisini heyəti:

49 kq. Rüfət Hüseynov

52 kq. Məsud Yusifzadə

56 kq. Tayfur Əliyev

60 kq. Cavid Çələbiyev

64 kq. Elvin İsayev

69 kq. Tamerlan Abdullayev

75 kq. Kamran Şahsuvarlı

81 kq. Rauf Rəhimov

91 kq. Teymur Məmmədov

+91 kq. Məhəmmədrəsul Məcidov

Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-ə təsadüf edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2749174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR