Milli Məclis "Daşınar əmlakın yükülülüyü haqqında" qanunu təsdiq edib

Milli Məclis "Daşınar əmlakın yükülülüyü haqqında" qanunu təsdiq edib
14:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Daşınar əmlakın yükülülüyü haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında II və III oxunuşda müzakirə olunaraq təsdiq edilib.
"Report"un verdiyi xəbərə görə, qanun layihəsi daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyəcək.
Qanun dekabrın 1-dən qüvvəyə minəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/milli-meclis-dasinar-emlakin-yukululuyu-haqqinda-qanunu-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR