Bəy "Facebook" dostlarını qohumu kimi toyuna çağırdı

Çində təşkil olunmuş toy mərasimi ölkə gündəmini zəbt edib.

Metbuat.az-ın məlumatına görə, bəy toya qohum və dostları əvəzinə pul qarşılığında anlaşdığı yad insanları dəvət edib. O, həmin insanları sosial şəbəkələr vasitəsiylə tapıb. Qohum adıyla toyda iştirak edən insanlar bunun qarşılığında bəydən 35 dollar alıb. Lakin gəlinin qohumları “oğlan tərəfi”ni sorğu-suala tutarkən məsələnin üstü açılıb. Saxta qohumların şübhəli cavablarından sonra qız tərəfi polisə məlumat verib.

Bəyin niyə belə addım atdığı hələlik məlum deyil. İddialara görə, qohumları kasıb olduğu və bu vəziyyətdən utandığı üçün bəy onları toya dəvət etməyib.

Sünhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR