Azərbaycanlı jurnalistlər beynəlxalq seminara qatılıb - FOTO

Azərbaycanlı jurnalistlər beynəlxalq seminara qatılıb - FOTO
14:59 2 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə ətraf mühit jurnalistləri üçün media seminarı öz işinə başlayıb.

 

Lent.az xəbər verir ki, Cənubi Qafqaz üzrə Regional Ətraf Mühit Mərkəzi (RES CAUCASUS), Beynəlxalq Əməkdaşlıq üzrə Alman Mərkəzi (GİZ) tərəfindən təşkil olunan seminarda Azərbaycandan, Gürcüstandan, Ermənistandan olan jurnalistlər iştirak edir.

 

Gürcüstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Yekatirine Qriqalava torpaqların deqradasiyasının qarşısının alınmasının əhəmiyyətindən və KİV-in bu sahədə rolundan danışıb.

 

Almaniyanın Gürcüstandakı səfiri Daniel Hass isə bildirib ki, seminarın əsas məqsədi Cənubi Qafqazda deqradasiyaya uğramış torpaqlarla bağlı informasiya mübadiləsi aparmaq və ictimaiyyəti məlumatlandırmaqdır: “Harda torpaqların deqradasiyası varsa, orda iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi var. Təəssüf ki, indi bu problemə lazımi diqqət yetirilmir”.

 

GİZ-in proqram direktoru Hans Joascim Lipp isə qeyd edib ki, ətraf mühitin mühafizə olunmasında KİV-lərin rolu çox mühümdür. Çünki  KİV-lər  təbliğat və maariflənmə işində kömək edirlər: ”Birinci növbədə fikirləşməliyik ki, gələcək nəsillər üçün təbiəti necə qoruyaq. Təbiəti, ətraf mühiti qorumaq bizim həm sağlamlığımız, həm də bir növ sığortamızdır. Bizlər bu sahədə bir-birimizə dəstək olub təbiətin qorunmasında mühüm addımlar atmalıyıq.  İnanıram ki, bu günlər ərzində müzakirə etdiyimiz məsələlər bu sahəyə öz töhfəsini  vermiş olacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR