Azercell-dən "1001 Smartfon" (FOTO)

Azercell-dən "1001 Smartfon" (FOTO)
15:01 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sürətli internet xidmətini abunəçiləri üçün əlçatan etmək məqsədi ilə güzəştli şərtlərlə cihazları onların istifadəsinə verməkdə davam edən Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənşsiz, çox sərfəli yeni kampaniyaya başlayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, 01.05.2017-ci il tarixindən etibarən “1001 Smartfon kampaniyası” çərçivəsində abunəçilər iPhone 7 və iPhone 5S kimi 4G-dəstəkli smartfonları uyğun olaraq cəmi 89 AZN və 55 AZN-dən başlayan qiymətə əldə etmək imkanı qazanırlar. Abunəçilərinə sərfəli qiymətlərlə iPhone 7 və iPhone 5S smartfonlarını əldə etmək imkanı yaradan Azercell eyni zamanda onlara hədiyyə olaraq iri həcmli internet paketlərindən (5GB/10GB/Limitsiz) yararlanmaq və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) üstünlüyünü də verir.

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Baki və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Onu da qeyd edək ki, Azercell iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operatordur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2749188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR