"Bank Respublika" müştərilərə komissiyasız nağd pul krediti təklif edir

"Bank Respublika" müştərilərə komissiyasız nağd pul krediti təklif edir
15:02 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Bank Respublika" ASC 25 illik yubileyi ərəfəsində nağd pul kreditləri üzrə yeni kampaniya elan edib. 
Bu barədə "Report"a Bankdan bildirilib. 
Məlumatda deyilir ki, bu ay müştərilərə nağd pul kreditləri komissiyasız təklif olunacaq. Kreditin maksimal məbləği 5 min manatdır, maksimal müddəti isə 18 aydır. Şərtlərlə daha ətraflı www.bankrespublika.az saytında tanış olmaq mümkündür. 
Nağd pul krediti üzrə ödənişləri “İnternet Şöbə” xidmətindən istifadə etməklə, “avtomatik ödəniş” vasitəsinə əminliklə həvalə etmək olar. Bu servis qeydiyyata alınmış bank kartından vəsaitləri göstərilən tarixdə siləcək, bununla da ödəniş üzrə gecikmənin yaranması müştərini narahat etməyəcək. 
Xatırladaq ki, "Bank Respublika" 22 May 1992-ci il tarixindən fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib. Bu il 25 yaşını qeyd edəcək bank bu münasibətlə müştərilərini bir çox sürprizlərlə bütün il boyu sevindirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-respublika-dan-musterilere-komissiyasiz-nagd-pul-krediti-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR