"Fənərbaxça"dan Məsut Özil iddiası

"Tottenhem"lə oyunda məğlubiyyətdən qaça bilməyən "Arsenal"da vəziyyət gərgin olaraq qalır.

Metbuat.az bildirir ki, lazimi səviyyədə oynaya bilməyən Mesut Özil stadionu əsəbi şəkildə tərk edib. Belə gedərsə, türk əsilli futbolçunun mövsümün sonunda kulubu tərk edəcəyi qaçılmazdır. Özili maraq dairəsində saxlayan kulublar arasında "Fənərbaxça"nın da adı çəkilir. İstanbul klubunun rəsmiləri danışıqların getdiyini bildirib. Mütəxəssislərin fikrincə isə "Fənərbaxça" ulduz futbolçuya istədiyi məvacibi verə bilməz.

Sərdar Məmmədov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR