Tbilisidə Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə media seminarı keçirilir

Tbilisidə Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə media seminarı keçirilir
15:12 2 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 2 may. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə ətraf mühit jurnalistləri üçün media seminarı başlayıb.
“Report” xəbər verir ki, tədbiri Cənubi Qafqaz üzrə Regional Ətraf Mühit Mərkəzi (RES CAUCASUS), Beynəlxalq Əməkdaşlıq üzrə Alman Mərkəzi (GİZ) təşkil edib. Seminarda Azərbaycan, Gürcüstan və Ermənistandan olan jurnalistlər iştirak edirlər.
Gürcüstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Yekatirine Qriqalava torpaqların deqradasiyasının qarşısının alınmasının əhəmiyyətindən və KİV-in bu sahədə rolundan danışıb.
Almaniyanın Gürcüstandakı səfiri Daniel Hass bildirib ki, seminarın əsas məqsədi Cənubi Qafqazda deqradasiyaya uğramış torpaqlarla bağlı informasiya mübadiləsi aparmaq və ictimaiyyəti məlumatlandırmaqdır: “Harada torpaqlar deqradasiyaya uğrayırsa, deməli, həmin ərazilərdə iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi prosesi gedir. Təəssüf ki, indi bu problemə lazımi diqqət yetirilmir”.
GİZ-in proqram direktoru Hans Joascim Lipp qeyd edib ki, ətraf mühitin mühafizə olunmasında KİV-lərin rolu çox mühümdür. Çünki KİV-lər təbliğat və maariflənmə işində kömək edirlər: ”Birinci növbədə fikirləşməliyik ki, gələcək nəsillər üçün təbiəti necə qoruyaq. Təbiəti, ətraf mühiti qorumaq bizim həm sağlamlığımız, həm də bir növ sığortamızdır. Bizlər bu sahədə bir-birimizə dəstək olub, təbiətin qorunmasında mühüm addımlar atmalıyıq. İnanıram ki, bu günlər ərzində müzakirə etdiyimiz məsələlər bu sahəyə öz töhfəsini vermiş olacaq”.
Tədbirdə vurğulanıb ki, bu kimi təlimlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir.






Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/tbiliside-cenubi-qafqazda-torpaqlarin-deqradasiyasinin-neytrallasmasi-uzre-media-seminari-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR