Toygar Barut: "Məqsədimiz Azərbaycan brendini dünyada tanıtmaqdır"

Toygar Barut: "Məqsədimiz Azərbaycan brendini dünyada tanıtmaqdır"
15:22 2 May 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 28-də Bakıda yerləşən "Gənclik Mall" ticarət mərkəzində "Decoria" mağazasının açılış mərasimi baş tutub. "Hər şey ev üçün!" şüarı ilə fəaliyyətə başlayan mağazada ev, bağça, ofis üçün lazım olan məhsullar satışa təqdim olunur.

Mağazanın direktoru Toygar Barut Oxu.Az-a müsahibəsində ""Decoria" -Azərbaycan brendidir. "Gənclik Mall"da yerləşən mağazamızın sahəsi 2 min kvadrat metrdir. Ev, bağça və ofisdə istifadə oluna biləcək əşya və avadanlıqları burada əldə etmək mümkündür", - deyib.

- Məhsullar hansı ölkələrdən idxal olunur?

- Mağazamızda müştərilərə 200-dən artıq istehsalçı, 400-dən çox markanın 10 mindən artıq çeşiddə məhsulları təklif olunur: elektirk malları, xalça, mebel dəstləri, duş kabini, divar kağızları, boya və s. Bunlar Türkiyə, Almaniya, Hollandiya və digər ölkələrdən mağazamıza gətirilir.

- Bakıdan başqa digər şəhər və rayonlarda "Decoria" mağazasını açmaq planınız var?

- Bakıda mağazamızın sayını 3-ə çatdırmağı, 4 il ərzində isə Azərbaycanın digər rayon və şəhərlərində 10 mağaza açmağı planlaşdırırıq. İlk növbədə Gəncə ilə bağlı danışıqlarmız olub. Daha sonra Azərbaycandan kənarda da mağazalarımızı açmaq istəyirik. Hədəfimiz Azərbaycanın "Decoria" markasını dünyada tanıtmaqdır.

- Azərbaycanda belə bir mağaza açımağınız nədən qaynaqlandı?

- Mən Türkiyədə uzun illər "Tekzen" marketlər şəbəkəsində çalışmışam.

Bu minvalla Azərbaycanın paytaxtı Bakıda ilk mağazanı açmağa qərar verdim. Məhsulların bu cür zəncirvarı satışı Türkiyədə ilk dəfə 20 il əvvəl "Tekzen"lə başlayıb. Məsələn, müştəriyə bağ üçün lazım olan avadınlıqları bir yerdən almaq daha uyğundur: masa, stul, çiçək, toxum və s. Eləcə də ev və ofis üçün.

Əsas məqsədimiz isə məhsulun keyfiyyətli, hər cibə uyğun qiymətə olması və müştərinin məmnun qalmasıdır.

- Məhsulların qiymətləri barədə məlumat verə bilərsinizmi?

- Burada 1 manata, 2000 manata olan məhsullarmız da var. Qiymət seçimdən asılıdır. Bu sahədə qiymətlərlə maraqlandıq və müştərilər üçün ən uyğun qiymətləri tərtib etdik.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR