Azərbaycan boksçularının İslamiada üçün HEYƏTİ AÇIQLANDI

Azərbaycan boksçularının İslamiada üçün HEYƏTİ AÇIQLANDI
15:27 2 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib.

Milli.Az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, "Bakı-2015"in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.

Azərbaycan millisini heyəti:

49 kq. Rüfət Hüseynov
52 kq. Məsud Yusifzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Elvin İsayev
69 kq. Tamerlan Abdullayev
75 kq. Kamran Şahsuvarlı
81 kq. Rauf Rəhimov
91 kq. Teymur Məmmədov
+91 kq. Məhəmmədrəsul Məcidov

Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-ə təsadüf edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR