Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 2-də Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsini ziyarət edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Duqin həmçinin Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
O da bildirilir ki, Şəhidlər xiyabanında olarkən Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa xiyabanın tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində