Həmkarını təhqir edən türkiyəli müğənni Davud Güloğlunun məhkəməsi başa çatıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cəza Məhkəməsi bu gün iki sənətçi arasında yaşanan qalmaqallı hadisə ilə bağlı qərarını açıqlayıb. Məhkəmə qərarında deyilir ki, Güloğlu Sılanın ünvanına mətbuatda “S... olsun getsin" dediyi üçün ona 14 ay həbs cəzası verilib. Məhkəmənin həbs cəzasını pul cəriməsinə çevirən Güloğlu 8 min 500 TL pul ödəməli olacaq. Həmçinin məhkəmə Güloğluna pulu 12 ay kreditlə ödəməsinə qərar verib.
Xatırladaq ki, D.Güloğlu 15 iyul dövlət çevrilişinə cəhddən sonra “Demokratiya və Şəhidlər” mitinqində qatılmadığına görə Sılanı təhqir etmişdi. O, Sılanın “Çevirilişə qarşıyam, amma o şouya qatılmayacam” fikrinə TV-də “Vətənimə xidmət etməyən s... olsun getsin" söyüşüylə cavab vermişdi.
Aytən