Bu barədə “Report”un Şərqi Avropa bürosuna Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.
Dövlət katibi mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. A.Opryanın ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, A.Opryan 2014-cü ilin aprelində Rumıniyanın sabiq baş naziri Viktor Ponta tərəfindən bu vəzifəyə təyin olunub.