Özbəkistanın yükləri Azərbaycan dəmiryolları ilə danışa bilər - FOTO

Özbəkistanın yükləri Azərbaycan dəmiryolları ilə danışa bilər - FOTO
16:12 2 May 2017
Ölkə mətbuatı
A- A+

Daşkənddə şəhərində Özbəkistan Respublikası Baş nazirinin birinci müavini- "Özbəkistan Dəmir Yolları" SC idarə heyətinin sədri Açılbay Ramatovla "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, Açılbay Ramatov Azərbaycanla əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. O Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin  reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov isə qeyd edib ki, Azərbaycan Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir

Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlardan danışan C.Qurbanov ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov deyib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub,  Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının  artırılmasına istiqamətlənib.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib və bildirib ki, qonşu dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli gecikir.

İkitərəfli görüşdə Azərbaycan Respublikası ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR