“Thomson Reuters”ın Rusiya ofisinin baş redaktoru BANM-də olub

“Thomson Reuters”ın Rusiya ofisinin baş redaktoru BANM-də olub
16:32 2 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Thomson Reuters”ın Rusiya ofisinin məhsul bazarı üzrə baş redaktoru Aleksandr Yerşovla görüşüb.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
E.Qasımov Ali Məktəbin yaranma tarixi, 5 il ərzində əldə etdiyi nailiyyətlər, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsi haqqında məlumat verib. 
A.Yerşov Bakıdakı qısa müddətli səfər zamanı Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından şad olduğunu bildirib. O qeyd edib ki, təmsil etdiyi agentlik 100-dən çox ölkədə fəaliyyət göstərən və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın yeddi mindən çox aparıcı universiteti, elmi-tədqiqat institutları, hökumət təşkilatları, habelə, özəl şirkətləri “Thomson Reuters” korporasiyanın xidmətlərindən faydalanır. Bildirilib ki, Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrin korporasiyanın xidmətlərindən istifadəsi sayəsində bu dövlətlərin elm tutumlu nəşrlərinin sayı və elm sahəsində raqabətə davamlılıq qabiliyyəti əsaslı şəkildə yüksəlib. A.Yerşov vurğulayıb ki, bütün bunlar “Thomson Reuters” ilə əməkdaşlığın səmərəliliyini təsdiqləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/thomson-reuters-in-rusiya-ofisinin-bas-redaktoru-banm-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR