Sosial şəbəkədə söyüş yazanların VAY HALINA: YENİ ADDIM - FOTO

Sosial şəbəkədə söyüş yazanların VAY HALINA: YENİ ADDIM - FOTO
16:38 2 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Nyu York şəhərində tortların üstündə həqarət dolu sözlər yazan konditer evi açılıb.

Publika.az xəbər verir ki, şirniyyat evi sosial şəbəkələrdəki söyüş və təhqirlərdən ilhamlanır. 35 dollar verməklə sosial şəbəkədə dilinə yiyəlik edə bilməyənləri utandırmaq mümkündür: həmin adamın sözlərini tortun üstünə yazdırıb şəklini paylaşırsan. Bir az artıq pul ödəməklə tortu söyüş sahibinin ünvanına da yollamaq olar. Həmin adam tortu təhvil aldığı zaman şəkli çəkilib internetdə paylaşılacaq ki, hamı söyüş sahibini tanısın. Yəni başqa sözlə, adamın dediyi sözləri bal kimi özünə yedirəcəklər.

Bundan başqa ABŞ prezidenti Donald Trampın da qıcıq yaradan sözlərinin həkk olunduğu tortları cəmi 30 dollara sifariş edib Ağ Evə yollamaq mümkündür.

Qeyd edək ki, bu ideya italyalı byuti-bloqqer Çiara Nasti tərəfindən düşünülüb. O, bu yolla internetdə söyüş söyənlərə qarşı mübarizə aparmaq istəyir. Buna qədər tualet kağızlarının da üstündə belə söyüş dolu şərh və statusları dərc etdirib satışa çıxarırdı.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR