Сəfər İbrahimli: "AMB-nin uçot dərəcəsini sabit saxlaması bazara mesajdır"

Сəfər İbrahimli: "AMB-nin uçot dərəcəsini sabit saxlaması bazara mesajdır"
16:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ “Azərbaycan Mərkəzi Bankının (AMB) ötən gün keçirilmiş iclasında uçot dərəcəsinin sabit saxlanması barədə qərarın qəbul edilməsi bazara mesajdır”.
Bunu “Report”a açıqlamasında “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli deyib.
Onun sözlərinə görə, bununla AMB uçot dərəcəsinin yaxın gələcəkdə artırılacağı ilə bağlı ehtimallara son qoyub və Azərbaycan manatının məzənnəsi ilə bağlı vəziyyətin sabitləşdiyini kommersiya banklarının nəzərinə çatdırıb: “Məzənnə ilə bağlı qeyri-müəyyənlik olduğu üçün bir sıra banklar kreditləşməni dayandırıb və bərpa etməyə tələsmir. Çünki, onlar düşünürlər ki, uçot dərəcəsi 20-25% də ola bilər. Bu halda kreditlərin illik faiz dərəcəsi bundan da yüksək ola bilər. Uçot dərəcəsinin sabit saxlanması isə kredit təşkilatlarının bu gözləntilərinin üzərindən xətt çəkdi”.
Bundan başqa, C.İbrahimli qeyd edib ki, ötən gün keçirilmiş depozit hərracının nəticəsində bağlanılmış əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 13% təşkil edib. Bunun özü də banklara bir mesajdır: “AMB-də yerləşdirilən depozitlərin gəlirliliyinin azalması o deməkdir ki, qurum daha banklardan cəlb etdiyi vəsaitlərə görə yüksək divident ödəmək istəmir. Artıq banklar alternativ investisiya variantları axtarmalı, əsasən də kredit vermək barədə düşünməlidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sefer-i-brahimli-amb-nin-ucot-derecesini-sabit-saxlamasi-bazara-mesajdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR