Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər
16:52 2 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.






Xəbərin orijinal ünvanı: https://report.az/herbi/media-numayendeleri-azerbaycan-turkiye-birge-telimlerini-izleyibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR