Erməni əsgərinə yazılan məktub yayıldı:

106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə şəhidimz Fərid Əhmoduvun erməni əsgərinə yazdığı məktub oxunub. Məktubun müəllifi isə Elçin Alıoğludur.

“Savaşa başlamaq üçün bəzən bir həyat yetər. Savaşı dayandırmaq üçün də bəzən on minlərlə həyat bəs etmir. Bunu anlayırsanmı, erməni əsgər? Ermənistanda dilimizi bilənlər həddən ziyadədir. Onların arasında yüzlərlə erməni əsgər də indi Dağlıq Qarabağdadır. Onlardan biri də sənsən. Adını bilmədiyim, yəqin ki, heç vaxt da bilmədiyim, erməni əsgər! Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana erməni işgalında olan ərazilərə yollandığı minlərlə biçarədən biri...

Sən çarəsizsən, çünki əmir qulusan. Amma bilirsən ki, indi ayaqladığın, yeridiyin torpaq sənin dövlətinin, millətinin deyil. Bəşər övladının uzun tarixində heç vaxt işğal doğmalaşmayla bitməyib. İndi özünü dırnaqarası qalib sayırsan. Özün də bilirsən ki, günlərin birində qaçacaqsan. Mümkün qədər sürətlə, bacardığın qədər tez”

Məktubu səsləndirən isə aparıcı Raqif Raufoğludur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR