Əsəd SSRİ-nin kimyəvi bombalarından istifadə edib – ŞOK İDDİA

Əsəd SSRİ-nin kimyəvi bombalarından istifadə edib – ŞOK İDDİA
16:58 2 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib vilayətində SSRİ istehsalı olan kimyəvi bombalar istifadə olunduğu ehtimal edilir.

Publika.az xəbər verir ki, bu haqda “Human Rights Watch” təşkilatı bildirib.

Kimyəvi silah hücumunun edildiyi Xan-Şeyxun şəhərində aparılan araşdırmalar, şəkillər və videoyazıların müəlliflərinin məlumatına görə, sovet istehsalı olan aviasiya bombalarından istifadə olunduğu ehtimal edilir. Bu bombalar xüsusi olaraq zarin qazının çatdırılma üçün hazırlanıb.

Təşkilatın məlumatına görə, söhbət XAB-250 və XAB-500 bombalarından gedir.

Xatırladaq ki, Suriyada kimyəvi silah hücumu aprelin 4-də edilib. Nəticədə 80-dən çox insan ölüb, təxminən 400 nəfər zəhərlənib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR