Bu dünya ulduzları Bakıya gəlir

Bu dünya ulduzları Bakıya gəlir
17:05 2 May 2017
119 Şou
Ölkə mətbuatı
A- A+

"Formula-1" üzrə Avropa Qran-prisində çıxış edəcək daha 2 müğənninin adı müəyyənləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə yarışın promouteri Arif Rəhimov bildirib.

Onun sözlərinə görə, bunlar "Black Eyed Peas" qrupu və Nikol Şerzingerdir. O deyib ki, təşkilatçılar azarkeşlər üçün zəngin mədəni-əyləncə proqramı təşkil edəcəklərinə görə çox məmnundurlar.

"Azərbaycan Qran-prisi zamanı dünyanın iki ən uğurlu ifaçısını Bakıda görəcəyimizə necə sevindiyimizi sözlə ifadə etmək çətindir. "The Black Eyed Peas" və Nikol Şerzinger dəfələrlə sübut ediblər ki, qeyri-adi vokal səsə malik olan elit musiqiçi qrupuna aiddirlər", - A.Rəhimov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23-25-də Bakıda keçiriləcək. Yarışlar çərçivəsində türkiyəli müğənni Tarkan da Bakının qonağı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR