""Barselona" "Yuventus"a qol vura bilmədi, ancaq..."

""Barselona" "Yuventus"a qol vura bilmədi, ancaq..."
17:05 2 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Çempionlar Liqasının yarımfinalında olduğumuz üçün xoşbəxtəm. Əsas da mənim yaşımda olan birinə görə böyük şansdır. Bəlkə də, bir daha yarımfinalda oynamaq şansı qazana bilməyəcəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Monako"nun futbolçusu Radamel Falkao Çempionlar Liqasının yarımfinalında "Yuventus"la ilk oyun öncəsi deyib.

Kolumbiyalı hücumçu "Yuventus"un güclü müdafiəçilərə sahib olduğunu bildirib:

""Yuventus"a qol vurmaq çətindir. Çünki mükəmməl müdafiəçilərə sahibdirlər. Məsələn, "Barselona" onların qapısına yol tapa bilmədi, amma "Atalanta" iki qol vurdu. Futbolda hər şey mümkündür".

Qeyd edək ki, "Monako" - "Yuventus" matçı sabah saat Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR