Xələf Xələfov Qırğız Respublikası hökumətinə başsağlığı verib

Xələf Xələfov Qırğız Respublikası hökumətinə başsağlığı verib
17:27 2 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qırğız Respublikasının Oş vilayətində torpaq sürüşməsi ilə əlaqədar çox sayda insanın həyatını itirməsi ilə nəticələnən faciə ilə bağlı bu ölkənin Bakıdakı səfirliyini ziyarət edib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, X.Xələfov Azərbaycan hökuməti adından Qırğız Respublikası hökuməti və xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Nazir müavini xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. Həmçinin, səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan hökuməti adından başsağlığını yazıb.
Qeyd edək ki, aprelin 29-da Oş vilayətində baş verən torpaq sürüşməsi nəticəsində 24 nəfər ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xelef-xelefov-qirgiz-respublikasi-hokumetine-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR